Mingəçevir Dövlət Univeristetində “Hiss et, yaşa, paylaş!” adlı tədbir keçirilib

  • Post category:MDU xəbərləri

20 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət univeristeti (MDU) və “Uşaq və Ailələrə Dəstək Mərkəzi”nin birgə təşkilatçılığı ilə “Hiss et, yaşa, paylaş!” adlı tədbir keçirilib. Tədbirin məqsədi ailə və uşaqların psixoloji rifahını artırmaq, cəmiyyətdə empati və paylaşmanın əhəmiyyətini vurğulamaq olub.

Tədbirin açılışını Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və Psixologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, prof. Fərəh Cəlil edib. O, çıxışında belə təşəbbüslərin uşaqların və ailələrin sosial-emosional inkişafına müsbət təsir göstərdiyini vurğulayıb və tədbirin əhəmiyyətinə toxunub.

Daha sonra “Uşaq və Ailələrə Dəstək Mərkəzi”nin təsisçisi Elnarə Səmədova çıxış edərək, tədbirin məqsədləri və müasir dövrdə ailə və uşaqlara dəstəyin vacibliyi barədə geniş məlumat verib. Elnarə Səmədova, həmçinin empati və duyğusal paylaşmanın şəxsi inkişaf üçün necə vacib olduğunu qeyd edib.

Tədbirdə MDU-nun Tələbələrlə İş və Tədbirlərin Təşkili şöbəsinin müdiri İlhamə Məmmədova iştirak edərək, bu cür təşəbbüslərin tələbələrin sosial inkişafı üçün əhəmiyyətini vurğulayıb. O, tədbirin məqsədinin tələbələr arasında həmrəylik və yardımlaşma ruhunun formalaşdırılması olduğunu qeyd edərək, bu cür təşəbbüslərin universitetdəki icmanın birliyini gücləndirəcəyini bildirib.

Tədbir bədii hissə ilə davam edib.

Tədbir böyük maraqla qarşılanıb və iştirakçılar arasında pozitiv təəssüratlar yaradıb. Mingəçevir Dövlət Universiteti və “Uşaq və Ailələrə Dəstək Mərkəzi” gələcəkdə bu cür layihələri davam etdirməyi planlaşdırır.