Mingəçevir Dövlət Universitetinin tələbələri Mingəçevirdə yerləşən İstilik Elektrik Stansiyasına (İES) səfər ediblər

  • Post category:MDU xəbərləri

2024-cü il 11 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və Ekologiya kafedrasının təşkilatçılığı ilə tələbələrin İstilik Elektrik Stansiyasına (İES) növbəti maarifləndirici səfəri baş tutub. Səfərin əsas məqsədi tələbələrin enerji istehsalı, ekoloji təsirlər və müasir texnologiyalar haqqında biliklərini artırmaq, eləcə də nəzəri biliklərin praktikada tətbiqini müşahidə etmələrini təmin etmək olub.
Səfər zamanı “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin Mingəçevir Regional Sınaq və Diaqnostika Mərkəzinin Kimya və ekologiya laboratoriyasının rəisi
Cavid Abbasov Musa oğlu və
Texniki istehsalat şöbəsinin rəis müavini Nağıyev Şahin Hacı oğlu
tələbələrə stansiyanın iş prinsipi, enerji istehsalı prosesləri və ekoloji standartlara uyğunluq haqqında geniş məlumat verib, eyni zamanda stansiyada tətbiq edilən müasir avadanlıq və innovativ həllər barədə təqdimatlar ediblər.
MDU-nun Fizika və Ekologiya kafedrasının əməkdaşları səfərin praktiki biliklər baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Sonda iştirakçılar İES-in əməkdaşlarına göstərilən qonaqpərvərlik və ətraflı məlumatlar üçün minnətdarlıqlarını bildiriblər.