Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılıb. İmtahan sessiyası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin payız imtahan sessiyasının təşkili haqqında 11 dekabr 2024-cü il tarixli 3-29/3-2-966F/2024 nömrəli əmrinin tələbləri əsasında təşkil ediləcəkdir. Qeyd olunan sənəd əsasında MDU üzrə verilmiş müvafiq əmrdə hər bir struktur bölməyə konkret tapşırıqlar verilib, dəqiq funksional iş bölgüsü aparılıb və imtahan sessiyasının mövcud qanunvericiliyin tələbləri çərçivəsində təşkili məqsədilə konkret addımların atılması nəzərdə tutulub.
MDU-da imtahan sessiyası 06– 31 yanvar 2025-ci il tarixlərində əyani formada şifahi, yazılı və test şəkilində keçiriləcəkdir. Cari imtahan sessiyasıda baş tutacaq 1300-dən çox imtahanda 5000-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir. Sessiya ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb.
İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon: 0242758549 və e_mail: qaynarxett@mdu.edu.az vasitəsilə) fəaliyyəti təmin ediləcək, rektorun iştirakı ilə “Açıq qapı günləri” təşkil olunacaq, valideynlərin və MDU İctimai Nəzarət Şurası üzvlərinin imtahan prosesini izləməsi üçün müvafiq şərait yaradılacaqdır.