Mingəçevir Dövlət Universitetində IV “TUSİ” İnkubasiya Proqramı ilə bağlı daha bir infosessiya keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin İnkubasiya və Akselerasiya Mərkəzinin ev sahibliyi ilə baş tutan görüşdə iştirakçılara proqram haqqında ətraflı məlumat verilib və bu proqramdan əldə edə biləcəkləri faydalar vurğulanıb. Daha sonra onların sualları cavablandırılıb.

Görüşün əsas məqsədi iştirakçıları proqramın detalları ilə tanış etmək, onların yaradıcılıq potensialını dəstəkləmək və bu fürsətdən necə yararlana biləcəkləri haqqında məlumat vermək olub. Siz də öz ideyalarınızı həyata keçirmək və inkubasiya proqramına qoşulmaq istəyirsinizsə, elə indi https://gub.icenter.az/home saytına daxil olaraq qeydiyyatdan keçin!

Infosessiya zamanı proqramın mahiyyəti, qoşulma şərtləri və iştirakçılara təklif etdiyi imkanlar ətraflı şəkildə izah edilib. “TUSİ” İnkubasiya Proqramının gənclərə öz iş ideyalarını reallaşdırmaq üçün mentor dəstəyi, təlimlər, maliyyə resurslarına çıxış və şəbəkələşmə kimi üstünlüklər təqdim etdiyi vurğulanıb. Eyni zamanda, proqramın innovasiyaları təşviq etmək və regionda sahibkarlıq ekosistemini gücləndirmək missiyası diqqətə çatdırılıb.

Gənclər proqramın müraciət prosesi, seçim meyarları və layihələrinin inkişafı üçün hansı dəstəyin veriləcəyi ilə bağlı maraqlandıqlarını bildiriblər. Müzakirələr zamanı onların ideyalarını həyata keçirmək üçün göstərdikləri həvəs və motivasiya yüksək qiymətləndirilib.