24.02.2025-ci il tarixdə İnformasiya texnologiyaları kafedrasının növbəti iclası keçirilib. İclasın gündəliyinə kadr hazırlığı aparılan ixtisaslar üzrə institusional akkreditasiya qiymətləndirilməsi istiqamətində universitet üzrə 10 iyul 2020-ci il tarixində təsdiq olunmuş 2020-2024-cü illər üzrə Keyfiyyət təminatı siyasətinin təmin olunması ilə əlaqədar müvafiq istiqamətlər üzrə yaradılmış işçi qrupların hesabatlarının dinlənilməsi, həmçinin 28 yanvar 2025-ci ildə 2025-2030 illər üzrə “Keyfiyyət təminatı siyasətinin” təmin olunması ilə əlaqədar kafedrada Təlim və tədris, Tədqiqat və innovasiya, Qiymətləndirmə, Akademik və inzibati heyət, İnfrastruktur istiqamətlər üzrə işçi qrupların yaradılması, fəaliyyət planın təsdiq olunması məsələsi daxil edilmişdir. Kafedranın iclasına Daxili Keyfiyyət Təminatı üzrə komissiyanın sədri dos.M.İsmayılov, Mühəndislik fakültəsinin Mexanika kafedrasının müdiri dos. Mahir İsmayılov, Energetika kafedrasının müdiri dos. Ülkər Aşurova, Fizika və ekologiya kafedrasının müdiri dos. Təranə Yusubova dəvət edilmişdir. Hesabatlar dinlənildikdən sonra universitetin strateji inkişaf planı və institusional akkreditasiyanın qiymətləndirilməsi ilə əlaqədar müzakirələr aparılmışdır. Sonda Daxili Keyfiyyət Təminatı üzrə komissiyanın sədri dos.M.İsmayılov öz dəyərli təcrübəsini və tövsiyyələrini həmkarların diqqətinə çatdırıb.