28 fevral 2025–ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mexanika kafedrasının təşkilatçılığı ilə “1 mart Beynəlxalq Mülki Müdafiə Günü” ilə əlaqədar maarifləndirici tədbir keçirilib. Tədbir MDU-nun 2-ci korpusunun həyətində açıq havada baş tutub.
Tədbirin məqsədi Azərbaycanın coğrafi mövqeyindən asılı olaraq, zəlzələ baş vermə ehtimalı və fövqəladə hallar zamanı mülki müdafiə tədbirlərinin əhəmiyyətini vurğulamaq olub. Tədbirdə zəlzələ və digər təbii fəlakətlər zamanı mülki müdafiə tədbirlərinin önəmi, mülki insanların davranış qaydaları və təhlükəsizliyi mövzuları ətraflı şəkildə izah olunub.
Tələbələrə mülki müdafiə ilə bağlı nəzəri biliklərin verilməsi, həmçinin təbii fəlakətlər zamanı doğru davranış qaydalarının öyrədilməsi məqsədini daşıyan bu görüşdə iştirakçılar mövzu ilə bağlı suallarını da təqdim ediblər.
MDU-nun bu təşəbbüsü həmçinin mülki müdafiə ilə bağlı ictimaiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş mühüm bir addım olub.
Mingəçevir Dövlət Universiteti bu cür tədbirlərlə tələbələrinin təhlükəsizlik və mülki müdafiə sahəsində daha da məlumatlı olmalarını təmin edərək, sosial məsuliyyətini nümayiş etdirir.