24 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Univeristetində (MDU) ali təhsil müəssisələrinin akkreditasiya prosesinə hazırlıq çərçivəsində Məktəbəqədər təhsil ixtisası üzrə Özünütəhlil Komissiyasının növbəti iclası keçirilib.
İclasın əsas məqsədi müvafiq təhsil proqramı üzrə mövcud vəziyyəti və təhsil proqramının keyfiyyətini təhlil etmək, komissiyanın üzvləri arasında iş bölgüsünü müəyyən etmək, güclü və zəif tərəfləri müəyyənləşdirmək və akkreditasiya üçün tələb olunan sənədlərin hazırlanma prosesini müzakirə etmək olub.
Komissiyanın üzvləri öz çıxışlarında ixtisas üzrə tədris planlarının beynəlxalq standartlara uyğunlaşdırılması, pedaqoji heyətin ixtisas səviyyəsinin artırılması və təcrübə proqramlarının təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda tələbələrin nəzəri və praktik hazırlığını daha da gücləndirmək üçün yeni metodik yanaşmaların tətbiqi və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması məsələləri müzakirə edilib.
Bu cür tədbirlər Azərbaycanın təhsil sistemində keyfiyyətin artırılması və beynəlxalq standartlara uyğunlaşma istiqamətində əhəmiyyətli bir addımdır.