MDU kollektivi qanvermə aksiyasında iştirak edib

  • Post category:MDU xəbərləri

2024-ci ilin 27 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin bir qrup kollektiv üzvü, tələbə və magistrantları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilən qanvermə aksiyasında iştirak edib.

Qeyd edək ki, talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək göstərmək məqsədilə keçirilən bu cür aksiyalarda fəal iştiraka MDU-da xüsusi önəm verilir.