2024-cü il 26 noyabrda Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qida sənayesi və qida təhlükəsizliyi” mövzusunda elmi seminarın keçirilib. MDU-nun Fizika və ekologiya kafedrasının təşkilatçılğı ilə baş tutan tədbirə universitetin professor-müəllim heyəti, tələbə və magistrantları iştirak edib.
Çıxış edən MDU-nun Fizika və Ekologiya kafedrasının müdiri Təranə Yusibova ərzaq təhlükəsizliyini bütün dünya ölkələrinin milli-iqtisadi təhlükəsizlik sisteminin ən mühüm tərkib hissəsi kimi dəyərləndirildiyini bildirib. Qeyd edib ki, bu sahədə reallaşdırılan tədbirlər nəticəsində ölkəmizdə ərzaq təhlükəsizliyi sisteminin fəaliyyəti gücləndirilməkdədir.
“Qida təhlükəsizliyinin əhalinin sağlamlığında müstəsna rolu” adlı maarifləndirici videoçarx nümayiş olunub.
Ardınca kafedranın müəllimlərinin mühazirələri dinlənilib. MDU-nun Fizika və ekologiya kafedrasının müəllimləri Fatimə Məmmədova “Qida təhlükəsizliyinə strateji yanaşma”, Leyla Əhmədova “İnsulinin müxtəlif məhsullardan alınması və əhəmiyyəti”, Aysel Bayramova “Geni dəyişdirilmiş məhsullar və insan orqanizminə vurulan zərbə”, Aliyə Mirzəyeva “Qida təhlükəsizliyi mətbəxdə bitir” mövzularında çıxış ediblər.
Elmi seminar müzakirələrlə davam edib.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər görülür.