You are currently viewing Mingəçevir Dövlət Univeristetinin əməkdaşları Ramazan Bayramı münasibətilə şəhid ailələrini ziyarət edib

Mingəçevir Dövlət Univeristetinin əməkdaşları Ramazan Bayramı münasibətilə şəhid ailələrini ziyarət edib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) rəhbərliyi və əməkdaşları Ramazan bayramı ərəfəsində şəhid ailələrini unutmamış, onlara dəstək olmaq məqsədilə ziyarət həyata keçiriblər. Ziyarət çərçivəsində univeristetin əməkdaşları şəhid ailələrinin evlərini ziyarət edərək, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsini dərin hörmətlə yad edib.

Ziyarətin məqsədi yalnız bayram münasibətilə təbrik etmək deyil, eyni zamanda şəhid ailələrinə göstərilən qayğının daimi olacağı mesajını verməkdir. Bu cür tədbirlər MDU-nun sosial məsuliyyətini nümayiş etdirən həm də şəhid ailələrinə olan ehtiramı və dərin minnətdarlığı ifadə edən bir addım olaraq önəm daşıyır.

MDU rəhbərliyi, şəhidlərimizin ailələrinə və Vətənə olan borcun heç vaxt bitməyəcəyini və onların daima xatırlanacağını vurğulayıb.