Əziz Dostlar!
Hörmətli, Həmkarlar!
MDU ailəsinin üzvlər!
Sizi 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə və əzizlərinizə ən xoş arzularımızı çatdırırıq.
2024-cü ilin hər birimizin yaddaşında xoş xatirələrlə qaldığına əminik. Çünki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan qalibiyyət və uğurların qürurunu yaşamaqdayıq.
2024-cü il MDU ailəsi üçün də uğurlu olmuşdur. Qazanılan uğurlarda hər birinizin payı vardır. Sizin fədakar əməyiniz nəticəsində Mingəçevir Dövlət Universiteti ali təhsil sistemində öz layiqli yerini tutmaqdadır.
2025-ci ilin Dövlətimiz, Millətimiz üçün daha da xeyirli, uğurlu olması arzusu ilə
Bayramlarınız mübarək!