MDU tələbələrinə İKT sahəsində təlim keçirilib
07 dekabr 2018-ci il tarixdə Mingəçevir Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə İnformasiya Texnologiyaları Agentliyinin nümayəndələri Samir İmanov və Yaqub Məmmədov universitet tələbələrinə “Helpdesk” və “Kiber təhlükəsizlik” mövzularında təlim keçiblər.
Təlimçi Samir İmanov qeyd edib ki, Helpdesk kursu İT sahəsinə yeni addım atan, bu sahədə çalışan və biliklərini möhkəmləndirmək istəyən şəxslər üçün ən ideal seçimdir. Bu təlim kompüterlərin avadanlıq təminatı, əməliyyat sistemləri, şəbəkə və təhlükəsizliyin əsaslarından ibarət nəzəri və praktik məşğələləri əhatə edir. Bildirib ki. təlimi uğurla bitirdikdən sonra tələbələr İT sahəsində onlara daha maraqlı olan digər istiqamətlərdən birini seçə və həmin istiqamət üzrə kurslarını davam etdirə və ya şirkətlərdə Helpdesk mütəxəssisi kimi çalışmağa başlaya bilərlər.
Sonra təlimçi Yaqub Məmmədov tələbələrə “Kiber təhlükəsizlik” haqqında ətraflı məlumat verib. O, tələbələrə istifadəçinin təhlükəsizlik anlayışları; fərdi davranış (parol, e-poçt, mobillik, sosial şəbəkələr) və Kiber-Təhlükəsizlik əsas anlayışları; Kiber təhlükəsizliyin məqsədi nədir?; Təhlukəsizliyin necə idarə olunmalı?; Təhlükəsizlik və müdafiə nəzarəti hansılardır?, Təhlükəsizlik hadisələrin cavab vasitələri hansılardır?; Hücumun nə üçün həyata keçirilməsini anlamaq; Regional təhlükəsizlik və tənzimlənməni maliyyə sahəsinin xüsusiyyətləri üzrə nəzərdən keçirmək (PCI DSS, mBanking, eBanking); Kiber təhlükəsizliklə bağlı etika və standartlardan bəhs edib.
{phocagallery view=category|categoryid=86|limitstart=0|limitcount=0}