MDU tələbələrinə “Zamanın idarə olunması” mövzusunda təlim keçirilib
22 aprel 2019-cu tarixdə Mingəçevir Dövlət Universitetinin Karyera Mərkzənin təşkilati dəstəyi ilə “Veysəloğlu” şirkətlər qrupunun təlim mütəxəssisi Elnur Şirinov “Zamanın idarə olunması” mövzusunda tələbələrə təlim keçib.
Elnur Şirinov bildirib ki, ilk dəfə olaraq Danimarkada meydana gələn “Zamanın idarə olunması” adlı bir təlim hazırda iş dünyasında xüsusən şirkətlərdə zamanın idarə olunması üçün tətbiq olunması üçün bir vasitədir. Zamanı biz necə idarə edə bilərik?
Zaman elə bir məfhumdur ki, onu qorumaq və ya saxlamaq qeyri-mümkündür. Yəni, bir həkimin qəbuluna gedirsinizsə, ancaq o zamanda orada olmağınız lazımdır. Bunu saxlamaq, anbarlaşdırmaq, qorumaq mümkün deyil.
Elnur Şirinov qeyd etdi ki, bir bankınızın olduğunu fikirləşin və sizə hər gün 86400 manat kredit verir. Gün ərzində bu krediti nə qədər sərf etməyiniz sizdən asılıdır. Günün sonunda sərf edib etməyəcəyinizdən asılı olmayaraq kreditlərin hamısı geri çəkilir. Belə olduğu halda, son qəpiyinə qədər onu xərcləmək istiyərsiniz. 86400 bir sutkada olan saniyələrin sayıdır. Bu insanın gələcəyinə sərf elədiyi sərmayədir. Əgər, bu sərmayəni kifayət qədər doğru şəkildə yatıra, həyatımıza yönləndirə bilirksə, bu zaman həyatda uğurları gerçəkləşdirə bilərik. Yox əgər zamanı doğru istifadə etməriksə, o zaman həyat bizi istədiyi şəkildə formalaşdıracaq.
Daha bir sualla tələbələrə müraciət edən Elnur Şirinov bildirdi ki, əgər 1 gün ərzində 24 saat deyil, 25 saat olsa idi, əlavə olunmuş 1 saatda nə edərdiniz və ya gün ərzində 24 saat deyil, 23 saat olsaydı, hansı işi görməkdən imtina edərsiniz? Zamanın idarə olunması bu əlavə bir saatı qazanmadan və bir saatıda itirmədən zamanın doğru istifadə olunmasını əhatə edən bir sistemdir. İnsanlar zamanı necə dəyərləndirirlər? Bir çox insanlar “vaxtım yoxdu, heç bir işə vaxt çatdıra bilmirəm” deyir. Lakin insanlar məcbur olduğu halda hər bir işə vaxt tapa bilirlər. İstəklərinizi etmək üçün vaxt tapa bilirsinizmi? Əlbəttə ki, zaman hər kəsə bərabər miqdarda paylanılır. Bütün dahilərin hər birinin bir sutkasında 24 saat olub və onlar bu zamanları doğru dəyərləndirən insanlar olduqları üçün fövqəladə nəticələrə nail ola biliblər. Bu zaman ortaya çıxan nələrdir? Zamanı idarə etmə sistemini bilməmək, zaman oğruları ilə mübarizə apara bilməmək, bunlara daxil olan səliqəsizlik və yaxuddakı nizamsızlıq, təxirə salınma, sosial şəbəkələr və s. Əgər, biz zamanımızı doğru şəkildə istifadə edə bilsək, həyatımız önəmli miqdarda dəyişəcək.
Təlimçi Elnur Şirinov qeyd etdi ki, xoşbəxtlik uğura, uğur isə zamanı dəyərləndirməyə bağlıdır. Uğur qazana bilməsək xoşbəxt ola bilmərik. Zamanı doğru dəyərləndirməsək, uğur qazana bilmərik. Zamanımızın gün ərzində necə planlaşdırılmasına baxdıqda təxminən yuxu, təmizlik, yemək, istirahət və ya yol, iş cəmi 22 saat aparır. Ancaq əlavə olaraq 2 saat bizim əlimizdə qaldığını da görmüş oluruq. Demək, biz zamanın planlanması dedikdə, zamanın 10:00-23:00 arasında planlaşdırmaqdan bəhs etmirik. Təbii ki, bunların hamısını biz planlaşdıra bilmərik. Lakin gün ərzində əsas işə, fəaliyyətə sərf etdiyimiz zamanın 60%-ni planlaşdıra bilərik. Burada yazılı planlardan söhbət gedir. İnsan nə qədər çox yazılı bir şəkildə planlaşdırarsa, bir o qədər nəticələrini yaxşılaşdıracaqdır. Çünki elə işlər var ki, çox vacibdir. Elə işlər var ki, təcilidir. Digər işlər isə vacib və önəmli deyil. İşlər iki kateqoriyaya görə dəyərləndirilir: Təcililiyinə görə və Vacibliyinə görə.
Təlimçi Elnur Şirinov qeyd etdi ki, sınaq imtahanlarına hazırlaşmaq vacib işdir. Amma imtahana müəyyən müddət qalıb. Lakin bizə onu son anda çatdırmağımız lazım deyil, indidən ona hazırlaşmaq lazımdır. Ona görə ki, biz bunu əvvəl-axır edəcəyik. Elə məqamlar var ki, təcili işlərdir. Məsələn, telefon zənglərinə cavab vermək, müştərinin fakturasını ona göndərmək və ya internetdən bir axtarış vermək. Bunlar təcili olan işlərdir. Bir qab düşünün, zaman bu qaba bənzəyir. Əvvəlcə tenis toplarını qoyuruq, qab dolur. Sonra içərisinə xırda daşlar tökməyə başlayırıq, bu daşlar tenis toplarının arasından süzülərək, yenə qabı doldurur. Sonra isə qum əlavə edib silkələsək qab üçüncü dəfə dolmuş olar. Dördüncü dəfə suyu tökməklə qab təkrar dolmuş olacaq. Əgər biz əvvəlcədən o qaba qum töksəydik və ya suyu töksəydik, sonra tenis toplarını doldurmağa yer qalmazdı. Bu tenis topları bizim həyatımızın önəmli hissələridir. Yəni, bizim dərsimiz, ailəmiz və çox vacib işimiz ola bilər. Digəri isə önəmsizlərdir. İlk öncə bu qabı önəmli işlərlə doldurmaq lazımdır ki, sonra önəmsizləri içərisinə doldura bilək. Bu ardıcıllıqla gedərsə, həyatda xoşbəxtliyə, uğura nail ola bilərik. Yox, əgər önəmsiz şeylərlə həyatımızın içərisini doldurarıqsa istəklərimiz xəyal olaraq qalacaq.
Sonra Elnur Şirinov qeyd etdi ki, boş durmayıb bir iş görsəniz belə, o anda görüləcək daha önəmli işiniz varsa, deməli zamanınızı boşa sərf edirsiniz. Nə etdiyiniz deyil, nə üçün etdiyiniz önəmlidir. Bizim üçün önəmlidirmi, önəmli deyilmi? Həyatda çatmaq istədiyiniz hədəfləri sadəcə priatetlərimizi müəyyənləşdirərək çata bilərik. Onları o cür gerçəkləşdirə bilərik. Yəni, çatmaq istədiyimiz nələr var? Çox zaman insanlar “sabah edərəm, birisi gün edərəm” deyib işlərini təxirə salır. Zamanını boşuna sərf etmiş olur. Hər zaman gözləyir, vaxtı çatanda edərəm deyir. O vaxtın nə vaxt çatacağı bəlli deyil. O vaxt heç vaxt çata bilməz. Bir fəlsəfə doktoru dərsə girir və uşaqlara belə bir sual verir.
Əgər bu gün dünyanın sonu olsaydı nə edərdiniz?
– Sevdiyim qıza “səni sevirəm” deyərdim
– Bir nəfərin xətrinə dəymişəm, ondan üzr istiyərdim
– Sevdiyim yeməkləri yeyərdim
Bu şəkildə tələbələr müxtəlif cavablar verirlər. Fəlsəfə doktoru maraqlı bir sual verir:
Məgər, bunları etmək üçün dünyanın sonunumu gözləmək lazımdır?
Sonra Elnur Şirinov bildirdi ki, etmək istəyiriksə, etməyimiz lazımdır. Hər zaman təxirə salar insan. Hər şeyi planlaşdıra bilərsiniz, lakin gələcəkdəki duyğularınızı planlaşdıra bilməyəcəksiniz. O anda nələr hiss edəcəyinizi planlaşdıra bilmərsiniz, sadəcə qəti şəkildə önməlidirsə, sizin üçün, vacibdirsə onu gerçəkləşdirəcək gücü yarada bilərsiniz. Üçüncü gün 15:00 da idmana gedəcəm deyə bilərsiniz. Üçüncü gün 14:50-də gedə biləcək əhvalınız yoxdursa, getmərsiniz. Lakin əhvalı yarada bilərsiniz. Əhvalı necə yaradacaqsınız? Bu sizin üçün önəmlidirsə yaradacaqsınız, önəmli deyilsə önəmli hala gətirərək yaradacaqsınız. Önəmli hala niyə gətircəksiniz? Özünüzə bu sualı verməyiniz lazımdır. Mən bunu niyə istəyirəm? Həyatımızdakı uğurların 80%-i fəaliyyətimizin 20%-in məhsuludur. Bu italyan iqtisadçısı Vilfredo Paretoya məxsus nisbətdir (Pareto nisbəti). Yəni, istehsalatda baş verən xətaların 20 %-i ümumi zərərlərin 80%-ə səbəb olur. Stolüstü görüləcək işlərin 20%-i uğurlarımızın 80%-ni təmin edir. 80:20 nisbəti buradan çıxır. 80% 20% üçün, 20% 80% üçündür. Real həyatda da buna yaxın səviyyədə olur. Həyatımızın hansı şəkildə sıralayırıq? Bütün iclaslarda sərf olunan vaxtın 20%-i qərarların 80%-nə bir başa təsir edir.
Təlimçi sonra qeyd etdi ki, səhər saat 10-dakı əhvalımızla, enerjmizlə, günortadan sonra saat 3-dəki əhvalımız və enerjimiz eyni ola bilməz. Bir gün 24 saatdır. 60 yaşda olarkən olan 24 saatla 25 yaşındakı 24 saat eyni deyil. Fərqli enerji səviyyələri, fərqli ehtiyaclar, dünyaya baxışlar meydana çıxır. Stiv Harvey adlı sosioloqun matriksinə diqqət edək.
Elnur Şirinov bildirdi ki, təcili və önəmlilik dərəcəsinə görə işlər dörd hissəyə bölünür. Bəzi işlər çox vacib və təcilidir. Onlar birinci qrafikdə özünə yer tapır. Digər işlər vacibdir, ancaq o qədər də təcili olmayan işlərdir. Üçüncü qrafikdə olan işlər təcili işlərdir, önəmli deyil. Dördüncü qrafikdə olan işlər nə təcili, nə də önəmli işlər deyil. Məsələn, müştəriyə bir hesab fakturasının yazılması həm təcili, həm də önəmli işlərdir. Sabah səhər verəcəyiniz dərsə hazırlaşmağınız həm təcili, həm də vacib işlər siyahısına daxildir. Hər hansısa kitab oxumağınız və ya məlumat əldə etməyiniz, özünüzü təkmilləşdirməyiniz təcili olmayan, vacib olan işlər qrupuna daxil ola bilər. Digər işlər ola bilər ki, təcili işlər deyil, önəmli işlər də deyil. Bunlar isə telefona cavab vermək və s.-dir. 4-cü qrafikə internetdə müəyyən axtarışların verilməsini qeyd edə bilərik. Bunlardan hansını etməyimiz vacibdir. Vacib və təcili işləri daha ön plana çıxartmaq lazımdır. Lakin araşdırmalar göstərir ki, insanlar vacib işlərini edərlərsə, yəni təcili hala gəlmədən edərlərsə, onlar daha çox uğur qazanarlar. Əvvəl-axır biz bu işləri etməliyiksə, indidən etsək daha faydalı olar. Bir çox hallarda bunu son anda çatdırmaq adrenalini yaşamaq istəyirik. Son anda yetiştirmək istəyirik. Hələ buna vaxt var deyirik. Onu gözlüyürük o zaman gəlib çatarsa, biz onu yetişdirəciyik deyirik. Belə olduqda, doğru dəyərləndirmiş olmuruq və zamanımız bizim üçün daha rahat olan məqamlar verə bilərik.
Təlimçi Elnur Şirinov daha müxtəlif məsələlərə toxundu və təlimin maraqlı keçməsi və anlaqlı olması istiqamətində tələbələri bilgiləndirdi.
Qeyd edək ki, ümumilikdə təlim çox interaktik şəkildə keçib və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
{phocagallery view=category|categoryid=139|limitstart=0|limitcount=0}