Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının müəllimi Sənan Mehdi, Magistratura və doktorantura təhsil mərkəzinin aparıcı mütəxəssisi Günay Əliyeva və Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Cavid Məcidli Mingəçevir şəhər 20 saylı tam orta məktəbdə müəllim və şagird heyəti ilə görüş keçiriblər.
Görüşün əsas məqsədi məktəblilərə MDU haqqında geniş məlumat vermək və tələbə qəbuluna dair məlumatları çatdırmaq olub.
Görüşün sonunda MDU haqqında məlumatların yer aldığı bukletlər şagirdlərə təqdim edilib, onlara maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün tələbə qəbulunun mütəşəkkil təşkili və təbliğat-təşviqat işlərinin vaxtında aparılması məqsədilə universitet rəhbərliyi tərəfindən təbliğat-təşviqat qrupu yaradılıb. Qruplar Mingəçevir şəhəri və digər regionların ümumtəhsil məktəbləri ilə yanaşı, kolleclərdə də təhsil müəssisələrinin müəllim və buraxılış tələbə kontingenti ilə görüşlər keçirərək bu işləri həyata keçirirlər.
Mingəçevir Dövlət Universiteti təhsil sahəsində əldə etdiyi uğurlarla ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olmaqda davam edir və tələbə qəbulunun təşkili sahəsindəki səylərini daha da artıracaq.