Mingəçevir Dövlət Universitetinin təbliğat-təşviqat qrupu 12 №-li məktəbdə şagirdlərlə görüşüb

  • Post category:MDU xəbərləri

1 aprel 2025-ci ildə tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təbliğat-təşviqat qrupu 12 №-li məktəbdə şagirdlərlə görüş keçirib. Görüşün məqsədi MDU haqqında məlumat vermək, təhsil imkanları və universitetin fəaliyyəti barədə şagirdləri məlumatlandırmaq olub.
Görüşün təşkilatçısı olan təbliğat qrupu Cavadov Mirzə, Nəsirova Gülşən, Xəlilova Xəyalə və Hüseynzadə Xəyalə məktəbin direktoru İsayeva Arifə tərəfindən qarşılanıb. Məktəbin akt zalında təşkil olunan görüşdə MDU-nun rektoru Üzeyir Zeynalovun salamları iştirakçılara çatdırılaraq Mingəçevir Dövlət Universitetinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda şagirdlərə MDU haqqında məlumatlar əks olunmuş bukletlər təqdim edilib, onların əlaqə məlumatları götürülüb və sualları cavablandırılıb. Görüşün keçirilməsində əsas məqsəd, şagirdləri universitetin təhsil imkanları və müasir kampus haqqında məlumatlandırmaq, gələcəkdə MDU-da təhsil almağa maraq oyatmaq olub.
Mingəçevir Dövlət Universiteti olaraq təbliğat qrupumuzun təşkil etdiyi bu cür görüşlərin davamlı olaraq məktəblərdə keçirilməsi planlaşdırılır.