You are currently viewing Mingəçevir Dövlət Universitetinin Biznes və menecment kafedrasının nümayəndələri Mingəçevir Tekstil MMC-də əmək bazarı nümayəndələri ilə görüşüblər

Mingəçevir Dövlət Universitetinin Biznes və menecment kafedrasının nümayəndələri Mingəçevir Tekstil MMC-də əmək bazarı nümayəndələri ilə görüşüblər

  • Post category:Sənaye

03 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Biznes və menecment kafedrasının müdiri, dosent Emilia Hüseynova və kafedranın müəllimi İlhamə Məmmədova Mingəçevir Tekstil MMC-də əmək bazarı nümayəndələri ilə görüş keçiriblər. Görüşdə müəssisə rəhbəri Əli Əsədov və İnformasiya texnologiyaları müdiri Yasin Quliyev də iştirak edərək, kafedranın tədris etdiyi ixtisaslarla bağlı fikir mübadiləsi aparıblar.

Görüş zamanı Biznesin idarə edilməsi, Menecment və Marketinq ixtisaslarında tədris olunan fənlərin ixtisasa uyğunluq məsələləri müzakirə edilib. Əldə edilən nəticələr müsbət olub və tədris prosesinin daha da təkmilləşdirilməsi üçün əməkdaşlıq perspektivləri araşdırılıb. İxtisas qruplarının sənaye ekskursiyalarının təşkili və liderlik üzrə təlimlərin keçirilməsi məsələləri də müzakirə olunan əsas mövzular arasında yer alıb.

Bu görüş həmçinin tələbələrin peşə bacarıqlarını artırmaq, iş dünyasının tələblərinə uyğun təhsil vermək və universitetin əmək bazarı ilə əlaqələrini gücləndirmək məqsədini daşıyır. Mingəçevir Dövlət Universiteti gələcəkdə bu cür əməkdaşlıq və müzakirələrin davamlı olaraq təşkil olunmasını planlaşdırır.