4-15 Fevral 2019-cu il tarixində Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları Kafedrasının təşkilatçılığı ilə “Akademik Heyət üçün Rəqəmsal Bacarıqlar və İKT-nin Təhsildə Tətbiqi” mövzusunda 2 günlük təlim keçirildi. Təlim Mingəçevir Dövlət Universitetinin akademik heyəti üçün tədrisin keyfiyyətini artırmaq məqsədilə təşkil olunmuşdur. Təlim zamanı MS Word, MS Excel və MS PowerPoint proqramları ilə işləmə bacarıqları və tədrisdə proyektor və interaktiv lövhənin istifadəsi barədə geniş məlumat verildi. Təlimin keçirilməsi ilə akademik heyətə müxtəlif proqram təminatları və avadanlıqların təhsildə necə effektiv istifadə olunacağı barədə məlumat verildi. Təlimin tədrisin səmərəliliyini artırmağa və müəllimlərin rəqəmsal bacarıqlarını inkişaf etdirməyə yönəldiyi vurğulanmışdır. Təlimçilər: E.O. Xəlilov və Ş.S. Nəsirova olmuşdur.

Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Akademik heyət üçün rəqəmsal bacarıqlar və İKT-nin təhsildə tətbiqi” mövzusunda təlim keçiriıib
- Запись опубликована:15.02.2019
- Post category:MDU xəbərləri
Digər yazılar

Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş voleybol turniri keçirilib

MDU əməkdaşının “Xalq qəzeti”ndə məqaləsi dərc olunub

Mingəçevir Dövlət Universitetinin tələbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsilini uğurla başa vurub

Mingəçevir Dövlət Universitetində keçirilən II Beynəlxalq elmi konfrans öz işini plenar iclasla davam etdirir

“AZƏRBAYCAN MÜƏLLİMİ” qəzetinin 17 fevral 2023-cü il tarixli sayında “Elektroenergetika tarixində yeni dövrün başlanğıcı” başlıqlı açıqlamamız dərc olunub

Mingəçevir Dövlət Universitetində Akkreditasiya hesabatı üzrə növbəti iclas keçirilib

Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir
