13-14 Fevral 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları Kafedrasının təşkilatçılığı ilə “Akademik Heyət üçün MS Office Proqramlarının və Google Alətlərinin Səmərəli İstifadəsi” mövzusunda 2 günlük təlim keçirildi. Təlimin məqsədi, akademik heyətin rəqəmsal alətləri dərs prosesinə inteqrasiya etmələri və bunlardan effektiv istifadə etmələri idi. Təlim zamanı Google Docs, Sheets və Slides ilə kollektiv işin aparılması və Google Forms və Kahoot vasitəsilə interaktiv testlərin hazırlanması barədə geniş məlumat verildi. Təlimin əsas məqsədi akademik heyətə Google alətlərinin dərs prosesində necə istifadə oluna biləcəyini göstərmək və bu vasitələrlə tədrisin interaktivliyini artırmaq idi. Təlimçilər: S.R. Aslanova və A.M. Abdurrahmanova olmuşdur.
