You are currently viewing İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul

İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul

  • Post category:Elanlar

Mingəçevir Dövlət Universiteti İctimaiyyətlə əlaqələr şöbəsinə “Mütəxəssis” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.

Vəzifə funksiyaları:

•  Press-reliz, xəbər, çıxış, müsahibə və s. hazırlanmasında iştirak etmək;

•  Şöbənin fəaliyyətinə dair hesabatların hazırlanmasında iştirak etmək;

•  Mingəçevir Dövlət Universitetinin (MDU) fəaliyyətinə dair mediada yayımlanan materialların gündəlik monitorinq hesabatlarını hazırlamaq və ya hazırlanmasında iştirak etmək, aylıq və rüblük media hesabatlarının təhlilində iştirak etmək;

•  Rəsmi saytın və sosial şəbəkələrdəki hesabların idarə edilməsində, məzmununun hazırlanmasında və yenilənməsində iştirak etmək;

•  MDU-nun fəaliyyətinə dair foto və video materialların, sənədlərin və s. arxivləşdirilməsini və mütəmadi yenilənməsini təmin etmək (ehtiyac olduğu təqdirdə sosial şəbəkələr üçün foto çəkiliş aparmaq);

•  Təşkilati və əlaqələndirmə işlərini həyata keçirmək.

Namizədə dair tələblər:

•  Ali təhsil (humanitar sahədə arzuolunandır);

•  İctimaiyyətlə əlaqələr sahəsində ən azı 1 il iş təcrübəsi;

•  Şifahi və yazılı nitq bacarığı (orfoqrafik, qrammatik və punktuasiya qaydalarını bilmək və əməl etmək), təhlil etmə qabiliyyəti;

•  Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (yaxşı);

•  MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook və s.) sərbəst işləmək bacarığı;

•  Ofis avadanlıqlarından (printer, skaner, surətçıxarma və s.) istifadə bacarığı;

•  İctimaiyyətlə əlaqələr, jurnalistika, kommunikasiya, sosial marketinq sahəsi üzrə sertifikatların olması arzuolunandır;

•  Foto və video çəkiliş aparmaq bacarığı arzuolunandır;

•  Komandada işləmək bacarığı, vaxtın idarə edilməsi, çevik qərarvermə bacarığı;

•  Yüksək icraçılıq qabiliyyəti, operativlik, dəqiqlik, məsuliyyətlilik.

        Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini  MDU-ya (Mingəçevir şəhəri D.Əliyeva küçəsi 21, tel: 024 275 32 72, elektron ünvan: info@mdu.edu.az) ünvanlaya bilərlər.