Mingəçevir Dövlət Universitetində “Yaşıl Texnologiyalar” müsabiqəsi keçirilib

  • Post category:MDU xəbərləri

 8 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində İnkubasiya və akselerasiya mərkəzinin, İnformasiya texnologiyaları kafedrasının, Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə “Yaşıl Texnologiyalar” adlı müsabiqə keçirilib.

Müsabiqənin məqsədi Azərbaycan texnoloji yeniliklər və yaşıl texnologiyalar sahəsində inkubasiya mühitinin inkişafına dəstək olmaq, həmçinin ekologiya və ətraf mühitin qorunması istiqamətində yaradıcı həllərin ortaya çıxmasına şərait yaratmaqdır. Yarış rəqəmsal ekologiya, ətraf mühitin monitorinqi və təhlili, ağır yüklərin daşınması üçün dron və avadanlıq həlləri, habelə insanlıq üçün faydalı texnoloji yeniliklərin təqdim olunmasına imkan verib.

Jüri heyəti bu müsabiqədə iştirak edən komandaların layihələrini qiymətləndirərkən onların yaradıcı yanaşmalarını və innovativ həllərini nəzərə alıb. Jüri heyətinin tərkibi aşağıdakı şəxslərdən ibarət olub:

Almaz Əliyeva – Mühəndislik fakültəsinin dekanı

Nizami Zeynalov – Təhsil fakültəsinin dekanı

Nüşabə Qədimli – İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı

Vüqar Mustafayev – Elm və İnnovasiyalar şöbəsinin müdiri

Aidə Mustafayeva – İnformasiya Texnologiyaları kafedrasının müdiri

Mahir İsmayılov – Mexanika kafedrasının müdiri

Müsabiqə nəticəsində ilk üç yeri qazanan komandalar aşağıdakı kimi elan edilib:

1-ci yer – Yaşıl Həyat komandası

2-ci yer – Void³ komandası

3-cü yer – Aizerbaijan komandası

Bu müsabiqə iştirakçıların yaşıl texnologiyalar sahəsindəki biliklərini və bacarıqlarını daha da inkişaf etdirməyə və ekologiyaya faydalı həllər yaratmağa imkan verib. Mingəçevir Dövlət Universiteti bu cür təşəbbüslərlə həm də ölkənin texnoloji və ekoloji inkişafına töhfə verməyə davam edəcəkdir.