Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi “GreenTech Horizons – Təhsil və İnnovasiya vasitəsilə ikitərəfli Yaşıl və Rəqəmsal Keçidlərin Qonşuluğu Şərqi, Mərkəzi Asiya və Asiya ölkələrində Təşviqi” GreenTech Horizons (Fostering Dual Green and Digital Transitions through Education and Innovation in the Neighbourhood East, Central Asia and Asia) layihəsi Avropa İttifaqının Erasmus+ proqramının qalibi elan edilib.
İnnovativ yanaşmanı təşviq edən yeni layihənin 36 ay ərzində icra edilməsi nəzərdə tutulur.
Layihənin koordinatoru qismində Serbiyanın Novi Sad Universiteti (Univerzitet U Novom Sadu, Serbia) çıxış edəcək. Layihənin tərəfdaşları arasında Azərbaycandan Mingəçevir Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Elmi Tədqiqat və Layihə Tədqiqat Energetika İnstitutu LLC, Serbiyanın Novi Sad Universiteti, Latviyanın Riqa Texniki Universiteti, Kaunas Texnologiya Universiteti, Xarvatiyanın Split Universiteti, Qazaxıstanın Qeyri Kommersiya Birgə Birja Şirkəti, Beynəlxalq Mühəndislik Texnologiya Universiteti, Almatı Elektrik və Telekommunikasiya Mühəndisliyi Universiteti, Monqolustan Elm və Texnologiya Universiteti, Monqolustan Milli Universiteti, Monqolustanın Power Progress Group LLC şirkəti və Qırğızıstanın Verto Buziness şirkəti yer alıb.
Layihənin əsas məqsədi Azərbaycan, Qazaxıstan və Monqolustan kontekstində davamlı inkişafa təkan verə bilən, bugünkü işçi qüvvəsinin ehtiyac duyduğu ekoloji, rəqəmsal və biznes bacarıqlarını inkişaf etdirmək məqsədi ilə Mərkəzi Asiya və Asiya regionunda uğurlu ikili yaşıl və rəqəmsal keçidi dəstəkləməkdir.