Mərkəzi Aran elmi tədqiqat mərkəzi
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 28 yanvar 2025-ci il tarixli 57 nömrəli qərarı ilə Mərkəzi Aran Elmi Tədqiqat Mərkəzi yaradıldı. Mərkəzin yaradılmasında əsas məqsəd iqtisadi rayon üzrə elmi, sosial, iqtisadi, mədəni və digər sahələrdə araşdırmalar aparmaqdır.
Mərkəzi Aran Elmi Tədqiqat Mərkəzinin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
Mərkəzi Aran İqtisadi rayonu üzrə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, təbiət elmləri, mühəndislik və ətraf mühit istiqamətində tədqiqatlar aparmaq;
Regioanal konfranslar, seminarlar və elmi müzakirələr təşkil etmək;
Hesabatlar, tədqiqat sənədləri, məqalələr hazırlamaq;
Universitetin tələbələri üçün elmi təlimlər və təcrübə proqramları təşkil etmək;
Gənc tədqiqatçılara mentorluq etmək və onların elmi potensialını artırırmaq;
Regionun təhsil, iqtisadiyyat, sənaye və s. sahələrində inkişaf perspektivlərtini müəyyənləşdirmək;
İnnovativ tədqiqat layihələrinin təşviqi və həyat keçirmək.
Mərkəzin aşağıdakı vəzifələri müəyyyənləşdirilib:
Əsas elmi tədqiqat sahələri üzrə fəaliyyət göstərmək və bu sahədəki ən müasir elmi nəticələri tətbiq etmək;
Mərkəzə daxil olan tədqiqatçı və tələbələrin elmi potensialını inkişaf etdirmək;
Yerləşdiyi regionda, xüsusən də Mərkəzi Aran bölgəsində elmi fəaliyyətin səviyyəsini artırmaq;
Müəyyən olunmuş sahələr üzrə elmi kadrlarin yetişdirilməsinə dəstək vermək;
Universitet daxilində elmi seminarlar, konfranslar, təlimlər və digər elmi tədbirlər təşkil etmək;
Universitetin digər strukturları ilə sıx əməkdaşlıq edərək tədqiqat nəticələrini təhsil prosesinə inteqrasiya etmək;
Elm və texnologiya sahəsində tədqiqat layihələrinin həyata keçirimək;
Tələbələr və müəllimlər arasında elmi mübadiləni artırılmasına nail olmaq;
Elmi nəticələrin praktik tətbiqinə dair layihələrin dəstəklənməsi;
Yerli və beynəlxalq elmi təşkilatlarla əməkdaşlığın təşviq edilməsi.
Mərkəzin fəaliyyətinə rəhbərliyi MDU rektorunun əmri ilə təyin olunmuş müdir həyata keçirir. Mərkəzin müdiri Humanitar fənlər kafedrasının müəllimi Mövlayeva Vüsalə Əlican qızıdır.
vusala.movlayeva@mdu.edu.az