You are currently viewing Mingəçevir Dövlət Universitetində Bakcell şirkətinin nümayəndələrinin iştirakı və MDU Bir Könüllü tələbə təşkilatının dəstəyi ilə tələbələr üçün nəzərdə tutulan layihə üzrə infosessiya təşkil olunub

Mingəçevir Dövlət Universitetində Bakcell şirkətinin nümayəndələrinin iştirakı və MDU Bir Könüllü tələbə təşkilatının dəstəyi ilə tələbələr üçün nəzərdə tutulan layihə üzrə infosessiya təşkil olunub

  • Post category:Könüllülük

15 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ölkənin aparıcı mobil rabitə operatorlarından biri olan Bakcell şirkətinin nümayəndələrinin iştirakı və MDU Bir Könüllü tələbə təşkilatının dəstəyi ilə tələbələr üçün nəzərdə tutulan layihə üzrə infosessiya təşkil olunub.

Tədbirin əsas məqsədi tələbələri Bakcell şirkətinin fəaliyyəti, karyera imkanları və həyata keçirdiyi sosial layihələrlə tanış etmək, həmçinin tələbələr üçün nəzərdə tutulan xüsusi layihə barədə ətraflı məlumat vermək olub. Infosessiya zamanı layihənin məqsədi, iştirak şərtləri, seçmə mərhələləri və tələbələrə təqdim olunan imkanlar barədə ətraflı məlumat verilib.

Görüş tələbələr tərəfindən böyük maraqla qarşılanıb və interaktiv şəkildə davam edib. Tədbirin sonunda sual-cavab sessiyası təşkil olunub, iştirakçıların fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Infosessiya tələbələrin iş dünyasına inteqrasiyası, eləcə də praktiki bilik və bacarıqlarının artırılması baxımından mühüm platforma kimi qiymətləndirilib. Bu cür tədbirlər tələbələrin peşəkar inkişafına və əmək bazarına daha hazırlıqlı çıxışına töhfə verir.