Mingəçevir Dövlət Universitetində Elmi Şuranın iclası keçirilib

  • Post category:MDU xəbərləri

16 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyində ali təhsil müəssisəsində aparılan akkreditasiya prosesi ilə bağlı mühüm məsələlər müzakirə olunub.

İclasda ilk olaraq Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov akkreditasiya prosesində simulyasiya məsələlərinin təşkili haqqında çıxış edib. O, bu istiqamətdə görülən işləri, qarşıya qoyulan məqsədləri və tətbiq ediləcək metodları ətraflı şəkildə şura üzvlərinin diqqətinə çatdırıb.

Daha sonra “Məktəbəqədər təhsil” təhsil programının Akkreditasiyası üzrə özünütəhlilin nəticələri haqqında hesabat təqdim olunub. Hesabatla Təhsil fakültəsinin dekanı Nizami Zeynalov çıxış edərək bu ixtisas üzrə tədris proqramının akkreditasiyası çərçivəsində aparılan təhlillər, toplanan məlumatlar və əldə olunan nəticələr haqqında ətraflı məlumat verib. Müzakirələr zamanı Şura üzvləri tərəfindən qeyd olunan təklif və tövsiyələr nəzərə alınmaqla yekun qiymətləndirmə istiqamətində qərarlar qəbul olunub.

İclasda universitetin tədris keyfiyyətinin yüksəldilməsi və akkreditasiya tələblərinə uyğunluğun təmin olunması istiqamətində atılacaq növbəti addımlar da müzakirə olunub.