18 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin və Mingəçevir Şəhərinin Tarixi Muzeyinin birgə əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Muzey turizmi: inkişaf perspektivləri və problemləri” mövzusunda praktik seminar keçirilib. Tədbirdə Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Şəhərinin Tarixi Muzeyinin əməkdaşları və MDU-nun tələbələri iştirak ediblər.
Seminarda Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin rəhbəri Lalə Əhmədova “Dünyanın məşhur ölkələrində muzey turizmi təcrübəsi və onun Azərbaycana tətbiqi yolları”, Mingəçevir Şəhərinin Tarixi Muzeyinin əməkdaşları Mehmanə Səlimova “Azərbaycan turizminin inkişafında muzeylərin rolu”, Nahid Musayev “Muzey turizminin inkişafı: Mingəçevir Şəhərinin Tarixi Muzeyinin timsalında” mövzularında məruzələr ilə çıxış ediblər.
Seminarın sonunda tələbələr Mingəçevir Şəhərinin Tarixi Muzeyi ilə tanış olublar.