Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun kollektivlə görüşü keçirilib

  • Post category:MDU xəbərləri

11 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni təyin olunan rektor Anar Eminovun iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüşdə universitetin rəhbər heyəti, fakültə dekanları, kafedra müdirləri, struktur bölmə rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Görüş zamanı Anar Eminov çıxış edərək ona göstərilən etimada görə Prezident cənab İlham Əliyevə və Elm və təhsil naziri Emin Əmrullayevə təşəkkürünü bildirib, Mingəçevir Dövlət Universitetində ali təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, tədris və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, tələbəyönümlü mühitin gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində prioritet hədəfləri açıqlayıb.

Tədbirin davamında iştirakçılarla fikir mübadiləsi aparılıb, universitetin qarşısında duran vəzifələr və perspektiv imkanlar müzakirə olunub. Rektor kollektivin hər bir üzvünü fəal iştiraka və birgə əməkdaşlığa dəvət edib.

Görüş iştirakçıları yeni rektora fəaliyyətində uğurlar arzulayıb, universitetin inkişafı naminə birgə əməkdaşlığa hazır olduqlarını bildiriblər.