25-28 aprel 2025-ci il tarixlərində Türkiyənin Fethiye şəhərində keçirilən “X Superconductivity and Magnetism” və “III Quantum Materials and Technologies” adlı beynəlxalq konfranslarda Mingəçevir Dövlət Universitetinin (MDU) müəllimi Xəyalə Hüseynzadə uğurla iştirak edib.
Xəyalə Hüseynzadə konfrans çərçivəsində “Silicon Photomultipliers for Enhanced LIDAR Bathymetric Applications” adlı məqalə ilə poster sessiyasında çıxış edib. Müəllifin təqdim etdiyi tədqiqat işi Lidar texnologiyalarının batimetrik tətbiqlərində silikon fotomultiplikatörlərin imkanlarının artırılması istiqamətində əldə olunmuş yeni elmi nəticələri əhatə edib.
Nüfuzlu beynəlxalq alimlərin və tədqiqatçıların iştirakı ilə keçirilən bu konfrans suprakeçiricilik, maqnetizm, kvant materialları və texnologiyaları sahəsində ən son yeniliklərin müzakirə olunduğu mühüm elmi platforma olub.
MDU kollektivi adından Xəyalə Hüseynzadəni əldə etdiyi uğura görə təbrik edir və ona gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.