You are currently viewing Mingəçevir Dövlət Univeristetində Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin iclası keçirilib

Mingəçevir Dövlət Univeristetində Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin iclası keçirilib

  • Post category:MDU xəbərləri

11 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin iclası keçirilib.

İclasda Mərkəzin rəhbəri Lalə Əhmədova, Elm və innovasiyalar şöbəsinin müdiri dosent Vüqar Mustafayev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimli, İqtisadiyyat kafedrasının müdiri, baş müəllim Arif Tağıyev, habelə mərkəzin üzvləri baş müəllim Nazim Niftəliyev, Aysel Qocayeva, Leyla Əhmədova və Ziya Qurbanzadə iştirak ediblər.

İclas zamanı mərkəzin gələcək fəaliyyət istiqamətləri, tədqiqat mövzularının müəyyənləşdirilməsi və onların həyata keçirilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Tədbir iştirakçıları tərəfindən bir sıra təkliflər irəli sürülüb, fikir mübadiləsi aparılıb. İclasın yekununda mərkəzin fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib və qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyən olunub.