Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) nümayəndələri ilə görüşüb. Rektor MDU-nun strateji hədəfləri, universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, tələbə və müəllim heyətinin praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə atılan addımlar və universitet – sənaye işbirliyinin genişləndirilməsinin əhəmiyyəti haqqında məlumat verib.
MDU ilə İATM arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını vurğulayan Ş.Bayramov maliyyə və mühasibatlıq ixtisasları üzrə kadr hazırlığının məzmununun təkmilləşdirilməsi və əmək bazarının sürətlə dəyişən tələblərinə uyğunlaşdırılması istiqamətində reallaşdırıla biləcək ortaq layihələr barədə fikirlərini bölüşüb.
MDU-da olmaqdan məmnunluğunu ifadə edən İATM-nin direktoru Radil Fətullayev təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. İATM tərəfindən reallaşdırılan praktiki maliyyə və mühasibat təlimləri haqqında danışan R.Fətullayev MDU ilə potensial əməkdaşlığın mümkün faydalarını diqqətə çatdırıb. Görüşün sonunda İATM tərəfindən hazırlanmış 10 ədəd kitab və metodiki vəsait MDU-nun kitabxaasına hədiyyə edilib.
Qeyd edək ki, milli ali təhsil məkanında mövqeyini daha da gücləndirməyi və regional innovasiya ekosisteminin drayverinə çevrilməyi hədəfləyən MDU-da müvafiq tərəfdaşlarla səmərəli işbirliyinin yaradılmasına xüsusi önəm verilir.





Mingəçevir Dövlət Universiteti İqtisadi Araşdırmalar və Tədris Mərkəzi ilə əməkdaşlıq edəcək
- Запись опубликована:31.08.2022
- Post category:MDU xəbərləri
Digər yazılar

MDU-da “Şuşa İli”nə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU)2025-ci il institusional akkreditasiya üzrə özünütəhlil hesabatının müzakirəsi keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə infosessiya keçirilib

Mykolas Romeris Universitetində (Litva) tam magistr təhsili – dövlət tqaüdü ilə!

MDU-da taksi sürücüləri üçün növbəti təlimlər keçirilib

Təhsilin İnkişafı Forumunda Mingəçevir Dövlət Universiteti təmsil olunub

Mövcud təhsil proqramları üzrə işçi qrupu əmək bazarı nümayəndələri ilə görüşüb
