2022-ci ilin 14 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “21-ci əsrin bacarıqları” mövzusunda seminar keçirilib.
Universitetin akademik və inzibati heyət üzvlərinin, tələbə və magistrantların iştirak etdiyi seminarda “Kəşf et” layihəsinin təsisçisi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində (GIZ) layihə meneceri Jalə Ələkbərova təqdimatla çıxış edib.
“Kəşf et” layihəsindən bəhs edən J.Ələkbərova əsas məqsədin yeni dövrdə inkişaf etdirilməsi vacib olan bilik və bacarıqları, onların karyera inkişafında rolunu gənclərin diqqətinə çatdırılması olduğunu bildirib.
Təqdimat zamanı J.Ələkbərova müasir peşələr, fərdin hərtərəfli inkişafı üçün lazım olan yumşaq bacarıqlar (soft skills) və sərt bacarıqlar (hard skills) barədə ətraflı məlumat verib.
İnteraktiv qaydada keçirilən seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlarının artırılmasına hədəflənən müvafiq görüşlərin keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan MDU-da Karyera və İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.