You are currently viewing Mingəçevir Dövlət Universitetində Ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə yeni dərs vəsaiti

Mingəçevir Dövlət Universitetində Ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə yeni dərs vəsaiti

Mingəçevir Dövlət Universitetinin Riyaziyyat kafedrasının əməkdaşları tərəfindən “Ehtimal nəzəriyyəsi və riyazi statistika məsələlər” adlı yeni dərs vəsaiti hazırlanaraq nəşr olunmuşdur. Dərs vəsaitinin müəllifləri dosent S.M. Mustafayev, dosent M.F. İsmayılova, baş müəllim M.N. Məmmədov və müəllim M.S. Məmmədovadır.

Elmi əsaslara söykənən bu vəsait ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində həm nəzəri biliklərin, həm də praktiki bacarıqların formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Vəsait ali təhsil müəssisələrinin riyaziyyat ixtisası üzrə təhsil alan tələbələri ilə yanaşı, digər ixtisas sahibləri, magistrantlar və bu sahədə fəaliyyət göstərən mütəxəssislər üçün də faydalı bilik mənbəyidir.

Yeni dərs vəsaiti, həmçinin bu sahədə elmi-tədqiqat işləri aparan tədqiqatçılar üçün etibarlı resurs olaraq tövsiyə olunur. Tədris prosesində istifadəyə yararlı olan vəsait, tələbələrin mövzu üzrə dərin biliklər qazanmasına və praktik bacarıqlarını inkişaf etdirməsinə imkan yaradacaq.