2024-cü ilin 20 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) elmi fəaliyyətin inkişafına və tədqiqat resurslarına çıxış imkanlarının artırılmasına dəstək məqsədilə “Elsevier bazalarından istifadə üzrə praktiki iş mövzusunda təlimi təşkil edilib. Təlimdə MDU-nun akademik və inzibati heyəti iştirak edib.
Təlimin əsas məqsədi akademik heyət və tədqiqatçıları dünyanın nüfuzlu elmi platformalarından biri olan Elsevier bazalarının funksionallıqları, məqalə axtarışı, məlumatın təhlili və istifadə üsulları ilə tanış etmək olub. Tədbir çərçivəsində iştirakçılara “Scopus” və “ScienceDirect” kimi platformalardan səmərəli istifadə yolları əyani şəkildə nümayiş etdirilib.
Bu təlimi universitetin tədqiqat bacarıqlarının artırılması, beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi istiqamətindəki davamlı səylərinin bir hissəsi adlandırmaq olar.