Mingəçevir Dövlət Universitetində “Elmi məqalənin strukturu və xüsusiyyətləri” mövzusunda təlim keçirilib

10 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Elmi məqalənin strukturu və xüsusiyyətləri” mövzusunda təlim keçirilib. Təlimdə universitetin professor-müəllim heyəti və Mingəçevir Turizm Kollecinin əməkdaşları iştirak edib.
Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev elmi məqalələrin strukturu, sitatgətirmə qaydaları, etibarlı mənbələrin seçilməsi və məqalələrin nüfuzlu elmi jurnallarda çap olunması üçün vacib olan meyarlar haqqında məlumat verib. Tədbir iştirakçıları mövzu ilə bağlı suallarını ünvanlayıb və geniş müzakirələr aparılıb.
MDU-da elmi fəaliyyətin inkişaf etdirilməsi istiqamətində keçirilən bu kimi təlimlər gələcəkdə də davam etdiriləcək.