Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

  • Post category:MDU xəbərləri

29 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda tədris və elmi fəaliyyətin inkişafı ilə bağlı bir sıra mühüm məsələlər müzakirə edilib və əhəmiyyətli qərarlar qəbul olunub.
MDU-nun rektoru Anar Eminov iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasın gündəliyinə uyğun olaraq olaraq
“İqtisadiyyat və idarəetmə fakultəsinin fəaliyyəti haqqında”, “Dövlət imtahanı, buraxılış işi və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti haqqında”, “MDU-da tələbələrlə iş və tədbirlərin təşkili sahəsində görülən işlər haqqında”, “Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti haqqında” hesabatlar dinlənilib.
İclasda cari məsələlər çərçivəsində MDU-nun Elmi Şurasının Əsasnaməsi və universitetdə yaradılmış İnklüziv Təhsil Mərkəzinin Əsasnaməsi təsdiq edilib.
Sonda Elmi Şura üzvləri tərəfindən müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul olunub.