Mingəçevir Dövlət Universitetində magistrantın açıq dərsi keçirilib

09 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin “Xarici dillər” kafedrasının XDM23 saylı qrup magistrantı Xuduyeva Cəlalə Nazim qızının XD24 saylı qrupda “Xarici dil bacarıqları – 2” fənni üzrə açıq dərsi keçirilib.

Açıq dərsdə “Xarici dillər” kafedrasının müdiri dosent Mehdi Rəhimov, fənnin müəllimi Əliyeva Xədicə, həmçinin “Xarici dilin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə təhsil alan magistrantlar — Allahverdiyev Aslan, Aslanova Gülnar, Əliyev Elmir, Maqsudova Nərmin və Məmmədova Zəhra iştirak ediblər. Dərs yüksək səviyyədə və interaktiv formada təşkil olunub.
Mövzuya dair müxtəlif tapşırıqlar və müzakirələr vasitəsilə tələbələrin dil bacarıqları yoxlanılmış, dərsin sonunda onların biliyi qiymətləndirilmişdir.
Bu cür açıq dərslər magistrantların pedaqoji bacarıqlarının inkişafı və praktik təcrübə qazanmaları baxımından mühüm əhəmiyyət daşıyır.