2024-cü ilin 29 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “30 Noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizilyi Günü” münasibətilə “Rəqəmsal məkanda kibertəhlükəsizlik çağırışları” mövzusunda IV tələbə elmi-praktik seminarı təşkil olunub.
Seminarın açılışında universitetin Mühəndislik fakültəsinin dekanı, dosent Almaz Əliyeva, Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev, İnformasiya texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva çıxış ediblər. Açılış nitqlərində informasiya təhlükəsizliyinin aktuallığından, bu sahədə müasir tələblərə uyğun mütəxəssislərə ehtiyacın artmasından və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məsələlərindən bəhs edilib, seminarın önəmi vurğulanıb.
İnformasiya təhlükəsizliyinə həsr olunmuş video-çarx izlənildikdən sonra seminarda məruzələr dinlənilib.
Seminarda Mühəndislik fakultəsinin İnT 22 saylı qrup tələbəsi Fidan Əliyeva “ASAN XİDMƏT saytının istifadəyə yararlılıq və təhlükəsizlik səviyyəsi”, İnT23 saylı qrup tələbəsi Anar Ramazanli “İoT texnologiyalarının təhlükəsizliyinin inkişafında kiber həllər rolu”, İT21 saylı qrup tələbələri Şəhanə Şakirqizi, Nihat Xəlilov “İctimai davranışların izlənməsində sosial media analtikasının rolu”, İnT22 saylı qrup Aytac İsayeva “Rəqəmsal təhlükəsizliyin inkişafında innovativ yanaşma mexanizmləri: HTTP təhlükəsizlik başlıqları”, İT22.2 saylı qrup tələbəsi Valeh Qasimov “Yaşıl sosial mühəndislik çağırışları: etik problemlər”, İt21 saylı qrup tələbəsi Aytac Feyzullayeva “SƏTƏMM və təhlükəsizlik: müasir dövrün çağırışları” mövzusunda məruzələrini təqdim ediblər.
İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.