18 avqust 2022-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.
Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri MDU-nun tədris binalarında auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib.
Dezinfeksiya tədbirləri Azərbaycan Respublikası Nazirlər kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində mütəmadi olaraq həyata keçirilir.
Qeyd edək ki, mövcud vəziyyətlə əlaqədaq olaraq MDU-da aparılan tədbirlər bununla da kifayətlənmir. Həmçinin, “Covid-19” pandemiyasına qarşı mübarizə məqsədilə əməkdaşlar və tələbələr arasında daim maarifləndirmə işləri aparılır.