14 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Qeyri-formal məşğulluq və onunla mübarizə” mövzusunda seminar keçirilib.
Seminarın əsas məqsədi qeyri-formal məşğulluğun cəmiyyətə, xüsusilə də işçi hüquqlarına və sosial təminat sisteminə təsirlərini müzakirə etmək, bu sahədə mövcud problemləri və onların həlli yollarını araşdırmaq olub.
Tədbirdə spiker qismində Dövlət Məşğulluq Agentliyinin Təhlil və strateji planlaşdırma departamentinin Təhlil şöbəsinin müdiri Mirsahib Eminov çıxış edərək qeyri-formal məşğulluğun yaranma səbəbləri, yaratdığı sosial-iqtisadi fəsadlar və bu halların qarşısının alınması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.
Seminarda həmçinin iştirakçılarla interaktiv müzakirələr aparılıb.
MDU bu kimi maarifləndirici tədbirlərlə tələbələrin əmək bazarı haqqında məlumatlılığını artırmağı və onların gələcək karyeralarında rast gələ biləcəkləri aktual problemlərlə bağlı bilik və bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.