2022-ci ilin 14 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının (İNŞ) üzvləri cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində keçirilən imtahan prosesini müşahidə ediblər.
Universitetin rəhbər və inzibati heyət üzvlərinin müşayiəti ilə imtahanları izləyən İNŞ üzvlərinə cari imtahan sessiyasının təşkili çərçivəsində görülən hazırlıq işləri, imtahanların gedişi və bu günədək olan nəticələr barədə məlumat verilib. Şura üzvləri universitetdə imtahanların keçirilməsi qaydaları, tələbələrin biliyinin qiymətləndirilməsi mexanizmi, “İmtahan Qərargahı” və “Appelyasiya Komissiyası”nın fəaliyyəti ilə tanış olublar.
İmtahanların obyektiv, şəffaf və mövcud qaydalara uyğun keçirilməsindən məmnunluqlarını ifadə edən İNŞ üzvləri – Mingəçevir şəhər Veteranlar Şurasının katibi Tahir Məmmədov, təqaüdçü Ağagül Əliyev, təcrübəli pedaqoq Mirzə Cavadov və peşəkar jurnalist Fərman Nəbiyev tələbələrə uğurlar arzulayıblar.
Qeyd edək ki, MDU-da iyunun 1-dən başlanan yaz imtahan sessiyası iyulun 5-dək davam edəcəkdir. Cari imtahan sessiyasında baş tutacaq 600-dən çox imtahanda 2000-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin edilib, rektorun iştirakı ilə müntəzəm “Açıq qapı” günləri keçirilir.