Mingəçevir Dövlət Universitetinin  kollektivi Prezident Kuboku–2025 beynəlxalq reqatasının açılış mərasimində iştirak edib

  • Post category:MDU xəbərləri

1 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) tələbə və müəllim heyəti Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Prezident Kuboku–2025 beynəlxalq reqatasının Mingəçevir şəhərində keçirilən təntənəli açılış mərasimində fəal iştirak edib.
Mingəçevir Su İdmanı Mərkəzində təşkil olunan tədbirə respublika və beynəlxalq səviyyəli qonaqlar, dövlət rəsmiləri, idman ictimaiyyəti nümayəndələri, eləcə də gənclər qatılıb. Yarışların məqsədi su idman növlərinin inkişaf etdirilməsi, ölkələrarası idman əməkdaşlığının möhkəmləndirilməsi və Ulu Öndər Heydər Əliyevin irsinin təbliğidir.
MDU kollektivi bu əlamətdar tədbirdə iştirak etməklə həm ölkənin idman həyatında fəal mövqe nümayiş etdirib, həm də tələbələr arasında sağlam həyat tərzinin təşviqinə töhfə verib.
Qeyd edək ki, Prezident Kuboku reqatası illik əsasda keçirilir və Azərbaycanı beynəlxalq idman arenasında layiqincə təmsil edən ənənəvi yarışlardan biridir.