Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Aprel döyüşlərinin doqquzuncu ildönümü münasibətilə Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımız – Qasımov Teymur, Əhmədov Rüstəm, Tağıyev Rahim və Adil Adilzadənin ailələri ziyarət olunub.
Ziyarət zamanı şəhid ailələri ilə səmimi söhbətlər aparılıb, onların göstərdiyi müqəddəs fədakarlıq minnətdarlıqla xatırlanıb.
Mənəvi dəyər daşıyan görüşlər gənclərdə vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət edir və şəhidlərimizin unudulmaz xatirəsinin yaşadılmasına töhfə verir.
MDU-da bu cür ziyarətlərin keçirilməsi ali təhsil müəssisəsinin milli-mənəvi dəyərlərə verdiyi önəmin bariz nümunəsidir.