17 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində tədris təcrübəsi uğurla davam edir. Riyaziyyat kafedrasının müvafiq ixtisasları – Riyaziyyat və Riyaziyyat-İnformatika qruplarında buraxılış kurslarının tələbələri bu təcrübədə uğurla iştirak etmişdir. Təcrübənin daha səmərəli olması üçün müasir texnologiyaların və texniki resursların istifadəsi tövsiyə olunmuş , təcrübə rəhbərləri tərəfindən tələbələrə innovativ tədris metodlarından istifadə, müasir tədris alətlərinin tətbiqi və tapşırıqların daha məqsədəuyğun şəkildə optimallaşdırılması məsləhət görülmüşdür. Müasir rəqəmsal alətlərdən istifadə etməklə interaktiv dərs mühitinin yaradılması və tələbələrin yaradıcı təfəkkürünün inkişaf etdirilməsi də önəmli amillərdən biridir. Təcrübə prosesində tələbələr təkcə fənn biliklərini deyil, həmçinin pedaqoji ünsiyyət bacarıqlarını da təkmilləşdirirlər. Bu, onların gələcək müəllimlik fəaliyyətində daha hazırlıqlı və peşəkar olmasına imkan yaradır. Təcrübənin sonunda tələbələr hesabat hazırlayır və müdafiə edirlər ki, bu da onların təcrübə müddətində qazandıqları bilik və bacarıqların qiymətləndirilməsinə şərait yaradır. Beləliklə, Mingəçevir Dövlət Universitetində həyata keçirilən təcrübə proqramı tələbələrin nəzəri bilikləri praktik təcrübə ilə birləşdirməsinə, onların pedaqoji və texniki bacarıqlarını artırmasına geniş imkan yaradır.
Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində tədris təcrübəsi uğurla davam edir
- Запись опубликована:05.03.2025
- Post category:MDU xəbərləri
Digər yazılar

Rektor Şahin Bayramovun “Elm Günü” təbriki!

Mingəçevirdə məktəblilər üçün yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib

Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “MS Teams platformasında tədrisin idarə olunması” mövzusunda 2 günlük təlim keçirilib

Rektor Şahin Bayramov “Facebook” səhifəsində paylaşım edib

MDU alimi Mayıl İsmayılov Nizami Gəncəvi haqqında elə faktlar dedi ki,…-MARAQLI MÜZAKİRƏ (El TV)

Rektor Şahin Bayramov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə paylaşım edib

MDU-da 2022/2023-cü tədris ilinin yekunları ilə bağlı ictimaiyyətə hesabat verilib
