You are currently viewing Mingəçevir Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında (Nazirlər Kabineti, 10.08.2022)

Mingəçevir Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında (Nazirlər Kabineti, 10.08.2022)

  • Post category:MDU xəbərləri

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

nk.gov.az (10.08.2022)

Q Ə R A R

Mingəçevir Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Mingəçevir Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Mingəçevir Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

“Mingəçevir Dövlət Universitetinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Mingəçevir Dövlət Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsini təmin etsin.

Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il   24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

                                 Əli Əsədov

                             Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 avqust 2022-ci il

№ 289