You are currently viewing Mingəçevir Dövlət Universiteti (MDU) əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir (Vaxtı uzadıldı)

Mingəçevir Dövlət Universiteti (MDU) əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir (Vaxtı uzadıldı)

  • Post category:Elanlar

Mingəçevir Dövlət Universiteti 2022/2023-cü tədris ilində əlavə təhsil (təkrar ali təhsil) almaq üçün tələbə qəbulu elan edir.

  Əlavə təhsil almaq üçün tələbə qəbuluBiznesin idarə edilməsi, Mühasibat, Maliyyə, İqtisadiyyat, Marketinq, Energetika mühəndisliyi, Nəqliyyat mühəndisliyi, Turizm işinin təşkili ixtisasları üzrə elan olunur. Əlavə təhsil (təkrar ali təhsil) yalnız ödənişli əsaslarla, qiyabi təhsilalma forması üzrə müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Mingəçevir Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üzrə mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

Əlavə təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Rektorun adına ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) əsli və notarial qaydada təsdiq olunmuş surəti;
  • Əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • 3 ədəd – 3×4  şəkil.

     Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər. Təhsil haqqı ixtisaslara uyğun olaraq müqavilə əsasında aparılır.

Sənədlər 5 sentyabra qədər (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əsas binada (otaq 103) qəbul edilir.

Ünvan: Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 21.

Telefon: (024)2758549;

Elektron poçt: qebul2@mdu.edu.az

Mingəçevir Dövlət Universitetində ikinci ali təhsil üzrə sənəd qəbulu elan edilir

Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilində qəbul aparılan aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edilir.

Tələb olunan sənədlər:

1. Rektorun adına ərizə;

2. Diplom və diploma əlavənin əsli və notarial qaydada təsdiq olunmuş surəti;

3. Şəxsiyyət vəsiqəsinin surəti;

4. 3 ədəd – 3×4 şəkil.

Xaricdə ali təhsil almış məzunlar diplomlarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin surətini təqdim etməlidir.

Təkrar ali təhsil ödənişli əsaslarla aparılır və təhsil haqqı ixtisaslara uyğun olaraq müqavilə əsasında aparılır.

Sənədlər iyulun 20-dən avqustun 20-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əsas binada (otaq 103) qəbul edilir.

Ünvan: Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 21. Mingəçevir Dövlət Universitetinin əsas binası (otaq 103) Telefon: (024)2758549 Elektron poçt: qebul2@mdu.edu.az