Mingəçevir Dövlət Universiteti 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir

  • Post category:Elanlar

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Mingəçevir Dövlət Universiteti

2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə

əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir:

1

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (əyani)

2

Xarici (ingilis) dil müəllimliyi (əyani)

3

Riyaziyyat və informatika müəllimliyi (əyani)

4

Riyaziyyat müəllimliyi (əyani)

5

Tarix müəllimliyi (əyani)

6

İbtidai sinif müəllimliyi (əyani)

7

Məktəbəqədər təlim və tərbiyə (əyani)

8

Mühasibat uçotu və audit (əyani, qiyabi)

9

Maliyyə (əyani)

10

İqtisadiyyat (əyani, qiyabi)

11

Biznesin idarə edilməsi (əyani)

12

Dövlət və bələdiyyə idarəetməsi (əyani, qiyabi)

13

Ekologiya (əyani)

14

Elektroenergetika mühəndisliyi (əyani, qiyabi)

15

İstilik energetikası mühəndisliy (əyani, qiyabi)

16

Yerüstü nəqliyyat vasitələrinin mühəndislyi (əyani, qiyabi)

17

Ekologiya mühəndisliyi (əyani)

18

İnformasiya texnologiyaları (əyani, qiyabi)

19

Turizm və otelçilik (əyani)

Əlavə təhsil (təkrar ali təhsil) yalnız ödənişli əsaslarla həyata keçirilir.

Əlavə təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
– Rektorun adına ərizə;
– Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;
– 3×4 sm ölçüdə 6 ədəd fotoşəkil;
– Sağlamlıq haqqında arayış;
– Şəxsiyyət vəsiqəsinin surəti.

Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.

Sənədlər 2020-ci il avqust ayının 15-dən sentyabr ayının 10-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək MDU-nun əsas binasında (108 nömrəli otaqda) qəbul edilir.

Əlavə təhsil almaq üçün Universitetə sənəd vermiş şəxslərlə müsabiqə təşkil edilir. Müsabiqəni uğurla keçənlər müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.

Tədris Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.

Ünvan: Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 21, AZ-4500

Telefon: (024) 275-85-49

Elektron poçt: tedris_shobesi@mdu.edu.az