Mingəçevir Dövlət Universiteti Beynəlxalq Biznes Forumda təmsil olunub
2021-ci ilin 24 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Kiyev Milli İqtisadiyyat Universitetində (KNEU) “Elm-Biznes-Təhsil: Strateji tərəfdaşlıq” mövzusunda keçirilən IX Beynəlxalq Biznes Forumda təmsil olunub.
Forumun “Peşəkar təlim və karyera məsləhətləri: təhsil və biznes tərəfdaşlığı” panelində MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, Karyera və İnkişaf Mərkəzinin direktor əvəzi Cəlil Bağırov “Karyera inkişafının prioritet istiqamətləri: Mingəçevir Dövlət Universiteti nümunəsi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə karyera inkişafının və karyera planlaşdırılmasının əsaslarından söhbət açan C.Bağırov MDU-da Karyera və İnkişaf Mərkəzinin yaradılması və fəaliyyəti ilə bağlı universitetin təcrübəsini diqqətə çatdırıb və beynəlxalq əməkdaşlığın önəmini vurğulayıb.
Panel iştirakçıları tərəfindən maraqla qarşılanan məruzə ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da qabaqcıl xarici ali təhsil müəssisələri, o cümlədən KNEU ilə əməkdaşlığa xüsusi önəm verilir. 2021-ci ilin 28 oktyabr tarixində KNEU-nun 115 illik yubileyi mərasimində hər iki ali təhsil müəssisəsinin rektorları tərəfindən əməkdaşlıq memorandumunun imzalanması ilə universitetlər arasında işbirliyinin inkişafında yeni dövrün başlanğıcı qoyulub.
{phocagallery view=category|categoryid=788|limitstart=0|limitcount=0}