Mingəçevir Dövlət Universiteti (MDU) yeni loqonun hazırlanması üzrə müsabiqə elan edir!

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universiteti (MDU) yeni loqonun hazırlanması üzrə müsabiqə elan edir!

 

Müsabiqənin qalibi mükafatlandırılacaq.

Loqo eskizlərinin qəbulu üçün son tarix: 19 iyun 2020-ci il

Hazırlanan loqo eskizləri loqo@mdu.edu.az e-mail ünvanına “Loqo Müsabiqə” başlığı ilə göndərilməlidir.

    Müsabiqə şərtləri:

–    Müsabiqədə MDU-nun əməkdaşları, tələbələri, magistrantları və məzunları iştirak edə bilərlər;

–    Loqo dizaynı özündə Mingəçevir Dövlət Universitetinin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir;

–    Təqdim olunan loqotiplər *jpeg, *png, *eps, *ai və ya *cdr formatında olmalıdır;

–    Hər iştirakçı maksimum 2 variantda eskiz təqdim edə bilər;

–    Təqdim olunan eskizlərin qısa izahedici mətni olmalıdır;

–    Təqdim olunan eskizlər yeni olmalıdır;

–    Loqo orijinal, müasir, rəngli və konseptual görünüşlü olmalıdır;

–    Loqo əvvəllər yayımlanmamış olmalı, digər loqolara və ya onların komponentlərinə uyğun gəlməməlidir;

–  Mingəçevir Dövlət Universiteti qalib gəlmiş loqonu istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.