Mingəçevir Dövlət Universitetində bayram tədbiri keçirilib
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Mingəçevir Dövlət Universitetinin professor-müəllim və inzibati heyətinin iştirakı ilə tədbir keçirilib.
Kollektivi əlamətdar günlər münasibəti ilə təbrik edən rektor Şahin Bayramov ümummilli lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi həmrəylik bayramının hər birimizi müstəqil Azərbaycanın davamlı inkişafı və tərəqqisi uğrunda səylə çalışmağa sövq etdiyini bildirib.
Ş.Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş dövlət siyasəti sayəsində ölkəmizdə 2019-cu ilin böyük uğurlarla başa çatdığını qeyd edib. 2019-cu ilin MDU üçün də nailiyyətlərlə yadda qaldığını vurğulayan rektor 2020-ci ilin universitetin əməkdaşları, tələbələri və məzunları üçün daha böyük uğurlar gətirməsini arzulayıb.
Bayram tədbirində Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə təltif edilmiş MDU-nun iki əməkdaşına “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, beş əməkdaşına isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim olunub.
Eyni zamanda, MDU-nun 8 əməkdaşına “Universitetin Fəxri Fərmanı” təqdim edilib.
Yüksək əhval-ruhiyyə yaradan musiqilərin səsləndirildiyi tədbirdə kollektiv üzvlərinin iştirakı ilə əyləncəli oyunlar və maraqlı müsabiqələr də keçirilib.
{phocagallery view=category|categoryid=291|limitstart=0|limitcount=0}