Mingəçevir Dövlət Universitetində “Dayanıqlı artan rəqabətqabiliyyətli milli iqtisadiyyat” mövzusunda tələbə elmi konfransı keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “Dayanıqlı artan rəqabətqabiliyyətli milli iqtisadiyyat” mövzusunda tələbə elmi konfransı keçirilib

 

2021-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) “Dayanıqlı artan rəqabətqabiliyyətli milli iqtisadiyyat” mövzusunda elmi konfransı keçirilib.

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı açan elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov ilk növbədə tədbir iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdırıb. Konfransın məqsədi və proqramı barədə məlumat verildikdən sonra tələbələrin məruzələri dinlənilib.

Konfransda universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən Zəminə Məmmədova “İşğaldan azad olunmuş ərazilərin inkişafının iqtisadi perspektivləri” mövzusunda, Lalə Hümbətova “İqtisadi dayanıqlılığın təmin olunmasında innovasiya fəaliyyətinin yüksəldilməsi istiqamətləri” mövzusunda, Cavid Xancanlı “Rəqabətqabiliyyətli iqtisadiyyatda icbari tibbi sığortanın maliyyə təminatı” mövzusunda, Xanımtər Vəliyeva ”İqtisadi inkışafda reklamın rolu” mövzusunda, Əlirza Abdullayev “Birbaşa xarici investisiyalar davamlı iqtisadi artımın başlıca amili kimi” mövzusunda və Nadir Hüseynov “Azərbaycanın iqtisadi inkişafında turizmin rolu” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə tarixi Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyatımıza yenidən inteqrasiya olunması, Azərbaycanın yaratdığı yeni regional iqtisadi situasiya, çoxşaxəli beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin təqdim edəcəyi perspektiv imkanlar, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində həlledici və davamlı artan rolu, eləcə də digər məsələlərdən bəhs olunub.

Tələbə və müəllim heyəti tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, MDU-da tələbələrin elmi fəaliyyətə aktiv cəlb olunması daim diqqət mərkəzində saxlanılır.

{phocagallery view=category|categoryid=548|limitstart=0|limitcount=0}