Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

 

Mingəçevir Dövlət Universitetin (MDU) Elmi Şurasının növbəti iclasını açan rektor Şahin Bayramov gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Ş.Bayramov uzun illər təhsil sahəsində və universitetdə səmərəli idarəçilik və pedaqoji fəaliyyət göstərmiş Raifə Mürşüdovaya kollektiv üzvləri adından təşəkkür edib, ona şəxsi həyatında uğurlar arzulayıb.

Daha sonra 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə MDU-da mini futbol üzrə keçirilən birincilikdə qalib gələn komandaların kapitanlarına fəxri fərmanlar təqdim edilib.

İclasda 2020/2021-ci tədris ilinin tələbə qəbulu proqnozu, Tədris prosesinin tədris-metodiki vəsaitlərlə təmin edilməsi vəziyyəti, doktorant və dissertantların elmi-tədqiqat işlərinin vəziyyəti müzakirə edilib. Gündəlikdə olan məsələlərlə bağlı müvafiq olaraq Tədris Şöbəsinin müdir müavini Üzeyir Zeynalov, Mühəndislik fakültəsinin dekanı, dosent Vüqar Mustafayev və Elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov məruzələrlə çıxış ediblər.

       Rektor Ş.Bayramov müzakirə olunan məsələlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verib. Ətraflı müzakərələrdən sonra hər üç məsələ barəsində təqdim olunan hesabatlar Elmi Şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

{phocagallery view=category|categoryid=244|limitstart=0|limitcount=0}